XƏBƏRLƏR / Hadisə

AZAL təyyarəsi Rusiyanın “Pantsir-S” hucümuna məruz qalıb

Bu barədə "Euronews" hökumət mənbələrindən məlumat əldə edib

AZAL təyyarəsi Rusiyanın “Pantsir-S” hucümuna məruz qalıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • İlkin araşdırma nəticələrinə əsasən, Bakı-Qroznı marşrutu üzrə hərəkət edən "Azərbaycan Hava Yolları"nın təyyarəsi Qroznı şəhərinə yaxınlaşarkən Rusiyanın "Pantsir-S" HHM sistemi tərəfindən hücuma məruz qalıb.

    Bu barədə "Euronews" məlumat yayıb.

    Məlumata görə, Azərbaycan hökumət mənbələri “Euronews”a təsdiq edib ki, Azərbaycan Hava Yollarına məxsus təyyarənin Aktau şəhərində qəzaya uğramasının səbəbi Rusiyanın zenit raketidir.

    Həmin mənbələrə əsasən, raket Qroznı üzərində pilotsuz uçuş aparatlarının aktivliyi zamanı 8432 saylı reysi yerinə yetirən təyyarəyə atılıb və onun qəlpələri təyyarənin yaxınlığında havada partlayaraq sərnişinlərə və ekipaj üzvlərinə zərər yetirib.

    Hökumət mənbələri həmçinin bildirib ki, zərər görmüş təyyarənin pilotlarının məcburi eniş üçün etdiyi sorğulara baxmayaraq, Rusiya hava limanlarında təyyarəyə eniş icazəsi verilməyib. Əksinə, ekipaja Xəzər dənizi üzərindən Qazaxıstanın Aktau şəhərinə uçmaları əmr olunub.

    Məlumata görə, təyyarənin GPS naviqasiyası dəniz üzərindəki bütün marşrut boyunca bloklanıb.

    Qeyd edək ki, təyyarə qəzasının baş verdiyi gün Qroznıya dron hücumu olub.

    Bundan əlavə, Rusiya tərəfinin REM sistemlərindən istifadəsi nəticəsində Azərbaycan təyyarəsinin rabitə sistemi tamamilə iflic olub. Məhz bu səbəbdən təyyarə Rusiya hava məkanında radarlardan itib və siqnal yalnız Xəzər dənizi akvatoriyası rayonunda bərpa edilib.