Çinin “Lupenglaiyuanyu 8” balıqçı gəmisi Hind okeanının mərkəzində batıb, 39 heyət üzvünün hamısı itkin düşüb.
Bu barədə Çinin Mərkəzi Televiziyası məlumat yayıb.
Məlumata görə, ekipajda Çinin 17, İndoneziyanın 17 və Filippinin 5 vətəndaşı olub.
Çin Sədri Si Cinpin və Baş nazir Li Syan xaricdəki çinli diplomatlara, eləcə də kənd təsərrüfatı və nəqliyyat nazirliklərinə mümkün sağ qalanların axtarışına köməklik göstərməyi tapşırıblar.
Qəzanın səbəbi barədə məlumat verilmir.
Gəmi “Penglaiyingyu Co”.Ltd” şirkətinə məxsus olub və Şərqi Şandun əyalətində yerləşib.