Bakıda qadın liftin qapıları arasında qalaraq ölüb
Faktıla bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılır.

Baş Prokurorluğun Mətbuat xidmətinə daxil olmuş sorğulara cavab olaraq bildirilir ki, martın 26-da Binəqədi rayon sakini, 1979-cu il təvəllüdlü Aynurə Mehdiyevanın yaşadığı binadakı liftin qapıları arasında qalması nəticəsində aldığı xəsarətlərdən ölüb.
Faktıla bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılır.