XƏBƏRLƏR / Hadisə

Əfqanıstanda yük maşını aşıb: 18 ölü

Bu barədə "Xinhua" xəbər verir

Əfqanıstanda yük maşını aşıb: 18 ölü
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Əfqanıstanın şərqindəki Laqman vilayətində yük maşınının aşması nəticəsində ən azı 18 nəfər həlak olub, 30 nəfər isə yaralanıb.

    Bu barədə "Xinhua" yerli polis idarəsinə istinadən xəbər verir.

    Məlumata görə, yol-nəqliyyat hadisəsi paytaxt Kabulu şərq vilayətləri ilə birləşdirən magistral yolda baş verib - sürücünün idarəetməni itirməsi nəticəsində avtomobil yoldan çıxaraq aşıb. Həak olanlardan 10-u uşaqdır.

    Xəsarət alanlar yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Bir neçə nəfərin vəziyyəti ağırdır.