XƏBƏRLƏR / Hadisə

Un dəyirmanında faciəli hadisə: 2 nəfər öldü

Bu barədə Xızı rayon prokurorluğundan məlumat verilib

Un dəyirmanında faciəli hadisə: 2 nəfər öldü
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Xızıda dəyirmanda 2 nəfər qazdan zəhərlənərək ölüb.

    Bu barədə rayon prokurorluğundan məlumat verilib.

    Avqustun 13-də Xızı rayonunda yerləşən un dəyirmanı müəssisəsində 2 nəfərin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

    İlkin araşdırma zamanı həmin müəssisədə iş görərkən 1974-cü il təvəllüdlü Cavid Qocayev və 1981-ci il təvəllüdlü Müşfiq Muqbilovun texniki quyularda yaranmış qazdan zəhərlənmə nəticəsində ölməsi, 1985-ci il təvəllüdlü Xəyal Rəsulovun isə zəhərlənməsi müəyyən edilib.

    Faktla bağlı Xızı Rayon Prokurorluğunda araşdırma aparılır.