XƏBƏRLƏR / Hadisə

Obama ailəsinin aşpazının meyiti göldə tapılıb

Bu barədə “flipboard.com” xəbər verir

Obama ailəsinin aşpazının meyiti göldə tapılıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • ABŞ-ın sabiq Prezidenti Barak Obama ailəsinin baş aşpazı Tafari Kempbelin cəsədi tapılıb.

    Hadisə ilə bağlı araşdırma aparan polislər aşpazın Martas–Vinyard adasındakı gölməçədə boğulduğunu bildiriblər. Qırx beş yaşlı aşpaz itkin sayılırdı.

    Tafarinin ailənin sevimli üzvü olduğunu vurğulayan Mişel Obama bildirib ki, ailəsində onu şən, mehriban, gülərüz insan kimi sevirdilər.

    Hadisə zamanı Barak Obama evdə olmayıb.