İsmayıllıda ağır yol qəzası baş verib YENİLƏNİB
Hərəkətdə olan minik avtomobili idarəetmədən çıxaraq aşıb
11:14
Ötən gün saat 22: 30 radələrində Qəbələ rayon sakini İlkin Abdullazadə idarə etdiyi "Mercedes" markalı nəqliyyat vasitəsilə Qaraməryəm- İsmayıllı-Şəki avtomobil yolunda hərəkətdə olarkən idarəetməni itirərək aşıb.
Baş Dövlət Yol Polisi İdarəsindən verilən xəbərə görə, yol kənarına düşən avtomobildə yanğın baş verib.
Qəza nəticəsində avtomobildə olan sərnişin - sürücünün həyat yoldaşı Münəvvər Abdullazadə hadisə yerində həyatını itirib.
Əraziyə DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
***
01:33
İsmayıllıda ölümlə nəticələnən yol qəzası baş verib. Hadisə gecə saatlarında Qaraməryəm–İsmayıllı–Şəki avtomobil yolunun 40-cı kilometrliyində qeydə alınıb.
Hərəkətdə olan minik avtomobili idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində sürücü, 33 yaşlı İlkin Abdullazadə xəsarət alıb, sərnişin, 31 yaşlı Münəvvər Abdullazadə isə həyatını itirib.


Faktla bağlı araşdırma aparılır.
1 dəqiqə