Laçında dağlıq ərazidəki yanğın söndürülüb FOTO/VİDEO

Bu barədə FHN-in Mətbuat xidmətindən məlumat verilib

  • Oxuma müddəti:

    0 dəqiqə

  • Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Laçın rayonunun Minkənd kəndi yaxınlığında dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

    Bu barədə FHN-in Mətbuat xidmətindən məlumat verilib.

    Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

    Mürəkkəb relyefin və küləkli havanın yaratdığı çətinliklərə baxmayaraq, yanğın geniş əraziyə yayılmasına imkan verilmədən söndürülüb.