İstanbulda avtobus aşıb, 3 nəfər ölüb, 20 nəfər xəsarət alıb
Bu barədə “TRT Haber” məlumat verib

İstanbulda Şimali Mərmərə magistralında avtobus aşıb: üç nəfər ölüb, 20 nəfər xəsarət alıb.
Bu barədə “TRT Haber” məlumat verib.
"Yerli vaxtla saat 06:15 radələrində Tokatdan Tekirdağa gedən nəqliyyat vasitəsi Sancaktepe Paşaköy bölgəsində sürücünün idarəetməni itirməsi nəticəsində maneəyə çırpılıb", - məlumatda bildirilib.
Xəsarət alanlar yaxınlıqdakı xəstəxanalara çatdırılıblar.
Qəza ilə bağlı araşdırma başlayıb.