XƏBƏRLƏR / Hadisə

Bakıda xəstə həkimin kabinetinə od vurdu

Hadisə 9 saylı şəhər poliklinikasında qeydə alınıb

Bakıda xəstə həkimin kabinetinə od vurdu
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bakıda xəstə baş həkimdən sənəd ala bilmədiyi üçün həkimin otağına benzin tökərək yandırıb.

    Hadisə 9 saylı şəhər poliklinikasında qeydə alınıb.

    Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb olunub, yanğının söndürülməsi istiqamətində iş aparılıb.

    FHN əməkdaşları 9 saylı poliklinikada baş vermiş yanğını qısa müddətdə söndürüblər.

    Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, hadisə ilə bağlı 1984-cü il təvəllüdlü Rəhimov Rüfət polis əməkdaşları tərəfindən saxlanılıb.

    Qeyd edək ki, sözü gedən poliklinika 9-cu mikrorayonda yerləşir.