Rusiyada yenə avtomobil partladılıb YENİLƏNİB/FOTO
Bu barədə Rusiya mediası xəbər verir
13:37
Moskvanın Çertanovo rayonunda partlayan avtomobilin sükanı arxasında olan Sergey Zavorotnının qolu bədnindən ayrılıb. Politoloqun vəziyyəti ağır hesab olunur.

Baza-nın məlumatına görə, Zavorotnının sınıqları və qançırlar olub, lakin partlayışdan sonra huşu özündə olub. Ukraynanın keçmiş Baş naziri Nikolay Azarovun mətbuat katibi hazırda xəstəxanadadır.
****
12:26
Moskvada avtomobil partlayıb.
Hadisə şahidlərinin bildirdiyinə görə, hərəkətdə olan "Toyota" markalı avtomobil partlayıb. Partlayışın dalğası çox güclü olub.
Avtomobilinin partlamasına alt hissəsinə yerləşdirilmiş əldəqayırma partlayıcı qurğu səbəb olub.
Çertanovo rayonunda partlayan avtomobilin Ukraynada dövlət vəzifələrində çalışan jurnalist Sergey Zavorotnıya məxsus olduğu məlum olub.
Rusiya mətbuatı Zavorotnının Ukraynanın keçmiş Baş naziri Nikolay Azarovun mətbuat katibi vəzifəsində çalışdığını bildirir.
Xatırladaq ki, dünən noyabrın 12-də Sankt-Peterburqda Rusiya Silahlı Qüvvələrinin polkovnikinin avtomobili partladılmışdı.
1 dəqiqə