XƏBƏRLƏR / Hadisə

Bakıda doğum evinin ərazisində yanğın olub

TƏBİB məlumat yayıb

Bakıda doğum evinin ərazisində yanğın olub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Səbail rayonu, Neftçi Qurban küçəsində yerləşən Kliniki Tibbi Mərkəzin nəzdində olan və bir müddətdir ki, təmirə dayanan Ş.Ələsgərova adına 5 nömrəli Kliniki Doğum Evininin ərazisində baş vermiş yanğınla heç bir xəsarət qeydə alınmayıb.

    Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

    Bildirilib ki, doğum evi 2023-cü ilin dekabr ayında əsaslı təmirlə əlaqədar fəaliyyətini dayandırıb. Kollektiv hazırda Kliniki Tibbi Mərkəzin binasında fəaliyyət göstərir.

    FHN-dən "Report"a verilən məlumata görə, baş vermiş yanğın nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.