XƏBƏRLƏR / Hadisə

Krımda baş verən AN-26 təyyarə qəzasında 30 nəfər ölüb

Bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb

Krımda baş verən AN-26 təyyarə qəzasında 30 nəfər ölüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Krımda baş verən hərbi nəqliyyat təyyarəsinin qəzası nəticəsində ölənlərin sayı 30-a çatıb.

    Bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

    İstintaq Komitəsinin An-26 qəzası ilə bağlı cinayət işi açılması barədə açıqlamasında bildirilib ki, təyyarədə yeddi heyət üzvü və 23 sərnişin olub.

    Daha əvvəl Müdafiə Nazirliyi altı heyət üzvü və 23 sərnişinin ölümü barədə məlumat yayıb.

    Qeyd edək ki, martın 31-də axşam saatlarında Krımın hava məkanında Rusiya MN-nin An-26 hərbi nəqliyyat təyyarəsi ilə əlaqə kəsilib. Daha sonra təyyarənin qayaya çırpılaraq qəzaya uğradığı bildirilib.