Qırğızıstanda dondurma maşını 29 uşağı vurdu VİDEO
Uşaqların 9-16 yaş arasında olduğu bildirilir
Qırğızıstanın Cəlalabad vilayətinin Suzak rayonunda “Porter” markalı dondurma maşını kütləvi tədbir zamanı 29 uşağı vurub.
Bu barədə Qırğızıstan Səhiyyə Nazirliyi məlumat yayıb. Uşaqların 9-16 yaş arasında olduğu bildirilir.
18 uşaq xəstəxanaya yerləşdirilib. Onlardan 7-si reanimasiyadadır, 3-nün vəziyyəti ağırdır. 11 nəfər tibbi müayinədən keçdikdən sonra ambulator müalicəyə buraxılıb.