XƏBƏRLƏR / Hadisə

İstanbulda metrobus qəzaya uğrayıb

"TRT Haber" məlumat yayıb

İstanbulda metrobus qəzaya uğrayıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İstanbulun iki qitəsini birləşdirən yüksəksürətli sərnişin nəqliyyat vasitələrindən olan metrobus xəttində qəza baş verib.

    Hadisə zamanı bir nəfər ölüb, 38 sərnişin müxtəlif bədən xəsarətləri alıb. Onlardan ikisinin vəziyyəti ağırdır.

    Qəza şəhərin Avropa qitəsində yerləşən Küçükçekmece rayonu ərazisində qeydə alınıb.

    Hadisə ilə bağlı araşdırma aparılır.