Kəlbəcərdə avtomobil aşıb, qadın hərbçı həlak olub YENİLƏNİB
“Nissan Pathfinder” markalı avtomobil sürücünün idarəetməsindən çıxaraq aşıb

17:00
Aprelin 14-də səhər saatlarında məzuniyyətdə olarkən Azərbaycan Ordusunun qadın hərbi qulluqçusu Şahverdiyeva İlahə Rəsul qızı idarə etdiyi şəxsi avtomobilində hərəkət zamanı baş vermiş avtoqəzada vəfat edib.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, faktla bağlı araşdırma aparılır.
Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçunun ailəsinə başsağlığı verib.
Qeyd edək ki, qəza Kəlbəcər ərazisində baş verib.
***
16:00
Kəlbəcərdə qadın hərbçi həlak olub.
Kəlbəcər rayonunda öülümlə nəticələnən yol qəzası baş verib.
“Nissan Pathfinder” markalı avtomobil sürücünün idarəetməsindən çıxaraq aşıb.
Yerli KİV xəbər verir ki, nəticədə sürücü 1983-cü il təvəllüdlü İlahə Rəsul qızı Şahverdiyeva həlak olub. Hadisənin təfərrüatları araşdırılır.
Məlumata görə, qəzaya düşərək həlak olan İ.Şahverdiyeva hərbçidir. O, N saylı hərbi hissədə gizir kimi xidmət göstərirmiş.
***
Kəlbəcər rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Avtomobilin aşması nəticəsində bir nəfər ölüb.
Faktla bağlı araşdırma aparılır.