XƏBƏRLƏR / Hadisə

Portuqaliyada qəza nəticəsində ölənlərin sayı 17-yə çatıb

issabonda turistlərlə dolu funikulyor vaqonu aşıb

Portuqaliyada qəza nəticəsində ölənlərin sayı 17-yə çatıb
  • Oxuma müddəti:

    2 dəqiqə

  • 12:52

    Portuqaliyanın paytaxtı Lissabonda "Qloriya" funikulyorunun relsdən çıxması nəticəsində 17 nəfər ölüb.

    Bu barədə "Al Arabia" Portuqaliyanın fövqəladə hallar üzrə xidmətlərinin nümayəndəsinə istinadən məlumat yayıb.

    ***

    12:14

    Portuqaliya hökuməti Lissabonda " Gloria" funikulyorunda baş vermiş qəza nəticəsində həlak olanların xatirəsinə bu gün milli matəm günü elan edib.

    Portuqaliya mediası xəbər verir ki, bu barədə ölkə Prezidenti Marselu Rebelu de Souza bildirib.

    Bundan başqa, Lissabon meri Karluş Moedaş paytaxtda üç günlük matəm elan edib.

    Qeyd edək ki, "Gloria" funikulyoru sentyabrın 3-də axşam saatlarında şəhərin mərkəzində relsdən çıxıb, nəticədə 15 nəfər həlak olub, 23 sərnişin xəsarət alıb, onlardan beşinin vəziyyəti ağırdır.

    "Elevador da Gloria" funikulyoru Lissabonun mərkəzini Barriu-Altu rayonu ilə birləşdirir Funikulyor hər il 3 milyondan çox sərnişinə xidmət göstərir. XIX əsrdə açılan funikulyora 2002-ci ildə milli abidə statusu verilib.

    ***

    10:10

    Portuqaliyanın paytaxtı Lissabonda turistlər arasında məşhur olan “Gloria” funikulyorunun vaqonu relsdən çıxıb.

    "CNN Portuqaliya"nın məlumatına görə, azı 15 nəfər həlak olub, 18 nəfər yaralanıb, onlardan 5-i ağırdır. Zərərçəkənlərdən biri üç yaşlı uşaqdır, vəziyyəti qənaətbəxş qiymətləndirilir. Ölənlərin cəsədləri dağıntılar altından çıxarılıb.

    Ölən və yaralananların vətəndaşlığı hələlik açıqlanmasa da, onların arasında əcnəbilərin də olduğu məlum olub.

    Bəzi məlumatlara görə, qəzaya səbəb dartma kabelinin qırılması və ya zəifləməsi ola bilər.

    Hadisə şahidlərinin sözlərinə görə, sıldırım küçə ilə tam sürətlə irəliləyən funikulyor vaqon dəhşətli qüvvə ilə binaya çırpılıb və kart evi kimi uçub.