Berlində avtomobil 7-8 yaşlı uşaqların üstünə sürülüb
Bu barədə "Bild" jurnalı məlumat yayıb
Berlində avtomobil bir qrup insanın üzərinə sürüb, yaralananlar arasında uşaqlar da var - "BILD"

İlkin məlumata görə, avtomobil dönərkən 7-8 yaşlı uşaqların üzərinə sürüb. 15 uşaqdan 3-ü yüngül xəsarətlər alıb.
Bundan başqa, ilkin məlumata görə, uşaqları müşayiət edən müəllimlərdən biri də ağır bədən xəsarətləri alıb. Avtomobilin sürücüsü xəsarət almayıb, avtomobilin sol ön farasının özü zədələnib.
1 dəqiqədən az