XƏBƏRLƏR / Hadisə

Ermənistanda hərbi hissədəki yanğında 15 nəfər öldü

Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb

Ermənistanda hərbi hissədəki yanğında 15 nəfər öldü
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Yanvarın 19-da saat 01:15 radələrində Ermənistan Müdafiə Nazirliyinin Basarkeçər rayonunun Azad kəndində yerləşən N saylı hərbi hissəsinin mühəndis-snayper rotasının sığınacağında qeyri-müəyyən şəraitdə yanğın baş verib. "Sputnik Armenia" xəbər verib ki, yanğın beş saatdan sonra, saat 06:33-də söndürülüb. Bina (təxminən 104 kv.m) yanıb. 
    Ermənistan İctimai Televiziyasının məlumatına görə, ikinci ordu korpusunun komandiripolkovnik Vahram Qriqoryan vəzifəsindən azad ediləcək. "News.am" xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, binadan 15 cəsəd çıxarılıb, üçü müxtəlif dərəcəli yanıqlarla Basarkeçər tibb mərkəzinə aparılıb. Yaralıların vəziyyəti ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.