XƏBƏRLƏR / Hadisə

Goranboyda qəza olub, iki nəfər ölüb

"LADA" markalı avtomobil idarəetmədən çıxaraq aşıb

Goranboyda qəza olub, iki nəfər ölüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Goranboy rayonunda avtomobilin aşması nəticəsində bir ailənin iki üzvü ölüb, iki nəfər isə xəsarət alıb.

    Hadisə rayonun Nadirkənd kəndində qeydə alınıb.

    Belə ki, "LADA" markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində ata - 1986-cı il təvəllüdlü Adil Hüseynov və oğul - 2009-cu il təvəllüdlü Sabir Hüseynov ölüb, ana - 1991-ci il təvəllüdlü Lamiyə Əliyeva və qızı isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

    Faktla bağlı araşdırma aparılır.