XƏBƏRLƏR / Hadisə

Bakıda təcili yardım avtomobili ilə motosiklet toqquşub

Ölən və xəsarət alanlar var

Bakıda təcili yardım avtomobili ilə motosiklet toqquşub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin təcili tibbi yardım briqadası yanvarın 3-də, saat 01:00 radələrində Nəsimi rayonunda çağırışa gedərkən yol-nəqliyyat hadisəsi baş verib.

    Bu barədə TƏBİB-dən bildirilib.

    "Hadisə nəticəsində təcili tibbi yardım heyətinin üç üzvü müxtəlif dərəcəli travmalarla Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Təəssüf ki, qəza zamanı motosiklet sürücüsü hadisə yerində həyatını itirib", məlumatda deyilir.

    Qeyd olunub ki, faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.