Moskvada Rusiya ordusunun generalı partladılıb YENİLƏNİB
Bu barədə Rusiya İstintaq Komitəsi və mətbuatı xəbər yayıb FOTO
15:49
Rusiya İstintaq Komitəsinin məlumatına görə, Rusiya Silahlı Qüvvələrinin Əməliyyat Təlimi İdarəsinin 56 yaşlı rəisi, general-mayor Fanil Sarvarov avtomobildə partladılan zaman aldığı xəsarətlər nəticəsində ölüb. Faktla bağlı cinayət işi açılıb.

***
10:25
Moskvada avtomobildə partladılan şəxs Rusiya Silahlı Qüvvələrinin Əməliyyat Təlimi İdarəsinin 56 yaşlı rəisi general-mayor Fanil Sarvarov olub.

Bu barədə Rusiyanın MNS teleqram kanal məlumat yayıb.
Bildirilib ki, Moskvada Rusiya Silahlı Qüvvələrinin general-mayoru Fanil Sarvarova sui-qəsd cəhdi edilib. Partlayış Yasenevaya küçəsindəki yaşayış binasının həyətində, o, "Kia Sorento" markalı avtomobilinə minərkən baş verib.

Maşına ciddi ziyan dəyib və Sarvarov nəqliyyat vasitəsindən çıxarılıb. O, çoxsaylı qəlpə yaraları və sınıq xəsarətləri alıb və ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

İlkin məlumatlara görə, sürücü oturacağının altına əldəqayırma partlayıcı qurğu qoyulub.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin səbəblərini araşdırırlar.
1 dəqiqə