Masazırda fərdi yaşayış evindəki yanğında 2 nəfər ölüb VİDEO

FHN xəbər verir YENİLƏNİB

  • Oxuma müddəti:

    1 dəqiqə

  • Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən fərdi yaşayış evindəki yanğın nəticəsində ölən şəxlərin adları məlum olub.

    Bunlar 1949-cu il təvəllüdü Xanım Ağakərim qızı Əliyeva və onun qızı, 1967-ci il təvəllüdlü Reyhan Oruc qızı Əliyevadır. 

    ***

    Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən fərdi yaşayış evində baş vermiş yanğın nəticəsində hər mərtəbəsi 40 m² olan ikimərtəbəli fərdi yaşayış evinin yanar konstruksiyaları və bitişik hər mərtəbəsi 40 m² olan ikimərtəbəli fərdi yaşayış evinin dam örtüyü 40 m² sahədə yanıb.

    İkinci evin 1-ci və 2-ci mərtəbələri və digər bitişik evlər yanğından mühafizə edilib. 

    Yanğın yerinin kəşfiyyatı zamanı iki nəfərin meyiti aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.

    Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

    Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən fərdi yaşayış evində baş vermiş yanğın bitişik digər evlərə keçməsinə imkan verilmədən tam söndürülüb. 

    Bu barədə FHN-dən bildirilib.

    Əlavə məlumat veriləcək.

    ***

    Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən görülən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Abşeron rayonu, Masazır qəsəbəsində fərdi yaşayış evində baş vermiş yanğın yayılmasına imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.

    Bu barədə FHN-dən bildirilib.

    Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam edir.

    Əlavə məlumat veriləcək.