Rusiyada avtomobil 3-cü mərtəbədən yerə çırpıldı FOTO
Krasnodar diyarının Daxili İşlər Nazirliyi xəbər verir YENİLƏNİB
Krasnodarda "Qalereya" ticarət mərkəzinin üçüncü mərtəbəsindən içərisində insanların olduğu "BMW" markalı avtomobil düşüb. Avtomobilin içərisində olan 12 yaşlı məktəbli və onun valideynləri həlak olub.
Maşın Moskva vaxtı ilə saat 12:30 radələrində hasardan keçərək 10 metr hündürlükdən uçub. İçəridə bir yeniyetmə və iki böyük var idi. Hadisə şahidləri təcili yardım və polis çağırıblar. Həkimlər zərərçəkənləri xilas etməyə çalışsalar da, buna nail ola bilməyiblər. İlk ölən uşaq olub.
İlkin məlumata görə BMW sürücüsü pedalları qarışdırıb. Bu səbəbdən o, hasarı qıraraq yerə çırpılıb
***
“Nəqliyyat vasitəsinin içərisində olan 37 yaşlı sürücü, qadın (sərnişin) və azyaşlı oğlan aldıqları xəsarətlərdən hadisə yerində ölüblər”, - Krasnodar diyarının Daxili İşlər Nazirliyindən bildirilib.
***
Yenilənmiş məlumatlara görə, avtomobildə üç nəfər - kişi, qadın və uşaq olub. Həkimlər onları reanimasiya etməyə çalışsalar da, avtomobildə olan sərnişinlər dünyasını dəyişib.
***
Rusiyanın Krasnodar şəhərinində avtomobil “Gallery” ticarət mərkəzindəki dayanacaqdan yerə uçub.
İlkin məlumata görə içəridə iki nəfər var idi - həkimlər hazırda onları xilas etməyə çalışırlar. Fövqəladə vəziyyətin səbəbi hələlik məlum deyil - şahidlərin dediyinə görə, qadın sürücü qaz və əyləc pedallarını qarışdırıb.