Şimali Makedoniyada gecə klubunda yanğın: 59 ölü
Yanğın klubda konsert zamanı pirotexniki vasitələrdən istifadə edilərkən baş verib YENİLƏNİB

18:25
Şimali Makedoniyanın Koçani şəhərində gecə klubunda baş verən yanğın nəticəsində həlak olanların sayı 59-a yüksəlib.
Bu barədə Şimali Makedoniyanın daxili işlər naziri Pançe Toşkovski deyib.
Nazir faciə nəticəsində 155 nəfərin yaralandığını, onlardan 152-nin xəstəxanaya yerləşdirildiyini qeyd edib. Faciə qurbanlarının yaşlarının 14-25 arasında olduğu bildirilib.
Səhiyyə naziri Arben Taravari vəziyyəti ağır olan 20 yaralının müalicə üçün xaricə göndəriləcəyini deyib.
Şimali Makedoniya hökuməti faciə ilə əlaqədar milli matəm elan etməyə hazırlaşır.
***
16:12
Azərbaycanın Xarici İşlər Nazirliyi insan tələfatı ilə nəticələnmiş yanğınla əlaqədar Şimali Makedoniyaya başsağlığı verib.
Bu barədə xarici siyasət idarəsinin
“Şimali Makedoniya, Koçanidə onlarla insanın ölümünə yol açmış dəhşətli yanğın xəbərindən dərindən kədərləndik. Bu ürəkparçalayan itki ilə üzləşən hər kəsə ən səmimi başsağlığımızı bildirir və yaralananların tezliklə tam sağalmasını ümid edirik”, – XİN-in paylaşımında nəql edilib.
Xatırladaq ki, Koçanidə konsert zamanı baş vermiş yanğın nəticəsində azı 50 nəfər ölüb.
***
11:44
Şimali Makedoniyanın Koçani şəhərində gecə klubunda baş verən yanğın nəticəsində azı 50 nəfər həlak olub.
Daxili İşlər Nazirliyinin rəsmiləri gecə saatlarında izdihamlı klubda baş verən yanğında onlarla insan öldüyü və ya yaralandığını açıqlayıblar.
Prokurorluq orqanları hadisə yerindədir. Yanğında ölənlərin və xəsarət alanların sayının müəyyənləşdirilirdiyi bildirilib.
Yanğın klubda konsert zamanı pirotexniki vasitələrdən istifadə edilərkən baş verib. Alov sürətlə yayılaraq binanın tavanına və damına keçib.
Faktla bağlı araşdırmalar aparılır.