Kolumbiyada 100-dən çox əsgər daşıyan təyyarə düşüb, 66 ölü
Qəza Müdafiə naziri Pedro Sançes tərəfindən təsdiqlənib YENİLƏNİB
09:24
Kolumbiyanın Puerto-Leqisamo şəhərində hərbi təyyarənin qəzaya uğraması nəticəsində azı 66 nəfər həlak olub.
Bu barədə Caracol telekanalı hərbi mənbələrə istinadən məlumat yayıb.
“Son məlumatlara görə, 57 nəfər yaralanıb, 1 nəfər isə xəsarət almayıb”, – deyə məlumatda bildirilib.
Qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır.
***
2026-03-23 21:23
Kolumbiyada 100-dən çox əsgəri daşıyan hərbi təyyarə qəzaya uğrayıb. Caracol radiostansiyasının məlumatına görə, Kolumbiya Hərbi Hava Qüvvələrinə məxsus Hercules C-130 təyyarəsi Puerto Leguizamo hava limanından qalxdıqdan dərhal sonra qəzaya uğrayıb.

Qəza Müdafiə naziri Pedro Sançes tərəfindən təsdiqlənib. Ölən və yaralananların dəqiq sayı hazırda məlum deyil.
1 dəqiqədən az