Yaponiya təyyarəsində 5 ekipaj üzvü həlak olub FOTO/VİDEO
Bu barədə NHK telekanalı məlumat yayıb
“Yaponiya Hava Yolları”na məxsus sərnişin təyyarənin Tokionun “Haneda” hava limanına enərkən sahil mühafizə bölmələrinə məxsus təyyarə ilə toqquşması nəticəsində 5 ekipaj üzvü həlak olub.
Bu barədə NHK telekanalı məlumat yayıb.
Toqquşmanın səbəbləri barədə hələ ki, məlumat yoxdur.
Xatırladaq ki, Tokionun “Haneda” beynəlxalq hava limanında “Yaponiya Hava Yolları” şirkətinə məxsus sərnişin təyyarə yanıb.
Ölkənin Hokkaydo adasından Tokioya gələn “Airbus A350” tipli təyyarə yerli vaxtla saat 16:00 radələrində uçuş zolağına endikdən sonra Yaponiyanın sahil mühafizə bölmələrinə məxsus təyyarə ilə toqquşub.
Dərhal hadisə yerinə xilasedicilər və yanğınsöndürənlər cəlb olunub. Təyyarədə olan 379 sərnişin və heyət üzvləri təxliyə edilib.