XƏBƏRLƏR / Hadisə

İranda sərnişin avtobusu dərəyə aşıb, 10 hərbçi həlak olub

Bu barədə yerli xəbər agentlikləri məlumat yayıb

İranda sərnişin avtobusu dərəyə aşıb, 10 hərbçi həlak olub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İranın Loristan əyalətinin Əndimeşk-Poldoxtar yolunda avtobus qəzası nəticəsində 10 nəfər ölüb, 17 nəfər yaralanıb.

    Bu barədə İranın yerli xəbər agentlikləri məlumat yayıb.

    Məlumata görə, Palaam rayonunda sərnişin avtobusu dərəyə düşüb.

    “Qəzaya düşən avtobusda olan bütün sərnişinlər Xuzistandan Kirmanşah qarnizonuna köçürülən hərbçilərdir”, - regional Fövqəladə Hallar İdarəsinin baş direktoru bildirib.

    Onun sözlərinə görə, yaralanan 17 nəfər xəstəxanalara yerləşdirilib.

    Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin detallarını müəyyənləşdirirlər.