XƏBƏRLƏR / Hadisə

Ankara aeroportunda təyyarə salonunda yanğın baş verib

Ankara-İzmir reysindəki sərninlər təxliyə edilib.

Ankara aeroportunda təyyarə salonunda yanğın baş verib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ankaranın Esenboğa Beynəlxalq Hava Limanında daxili reyslə uçan sərnişin təyyarəsinin salonunda yanğın baş verib.

    Yanğının səbəbi sərnişinlərdən birinin portativ enerji mənbəyi olub.

    Təcili yardım xidmətlərinin məlumatına görə, “Pegasus” aviaşirkətinə məxsus təyyarə uçuş-enmə zolağına doğru hərəkət edərkən şarj cihazı tüstülənməyə başlayıb. Pilot vəziyyəti bildirmək üçün hava limanının idarəetmə qülləsi ilə əlaqə saxlayıb.

    Ankara-İzmir reysindəki sərnişinlər təxliyə edilib. Təyyarənin göyərtəsindəki yanğın nəzarət altına alınıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

    Türkiyə Mülki Aviasiya Baş İdarəsi əvvəllər təhlükəsizlik riski səbəbindən təyyarələrdə portativ cihazların doldurulmasına qadağa qoyduğunu açıqlayıb.