Qara dənizdə "Natiq Əliyev” tankeri yük gəmisi ilə toqquşub
Bu barədə Rusiya mediası xəbər verib

Qara dənizdə iki gəmi toqquşub.
Rusiya mediası xəbər verir ki, Novorossiyk limanında fırtına zamanı “Natiq Əliyev” tankeri “Beqoniya” yük gəmisi ilə toqquşub.
Hadisə nəticəsində xəsarət alan olmayıb. “Beqoniya” yük gəmisinə yüngül ziyan dəyib, ətraf mühitə zərər dəyməyib.
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-dən (ASCO) bildirilib ki, “Natiq Əliyev” tankeri ASCO-ya məxsus deyil.