XƏBƏRLƏR / Hadisə

Qazaxıstanda mədəndə partlayış olub: 7 ölü

Bu barədə Qazaxıstan KİV-i məlumat yayıb

Qazaxıstanda mədəndə partlayış olub: 7 ölü
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Janarkinski rayonunda“ Kazakhmys” korporasiyasının Jomart mədənində qaya kütləsinin çökməsi baş verib. Hadisə nəticəsində dağıntılar altında 7 işçi qalıb, onların meyitləri tapılıb.

    Qəza yerindən verilən məlumata görə, xilasetmə qrupunun eniş nöqtəsindən dağıntıların arxasında qalan şaxtaçılara qədər olan məsafə 800 metrdir;

    Keçidin tozlu olması səbəbindən görüntü məhduddur.

    Fövqəladə Hallar Nazirliyi bütün qüvvələrini səfərbər edib, hələ də işçilərin sağ tapılmasına ümid var. Amma belə hallarda, həmişə olduğu kimi, zaman insanların əleyhinə işləyir.

    Mədəndə həlak olanların ailələrinə orta illik əməkhaqqının on misli ödəniləcək

    “Kazakhmys” Jomart mədənində həlak olanların ailələrinə kollektiv müqavilədə nəzərdə tutulmuş bütün lazımi yardımları göstərəcək. Bu barədə korporasiya məlumat yayıb.