İmişli rayonunda ixtişsaş törədənlər saxlanıldı FOTO
Daxili İşlər Nazirliyinin mətbuat xidməti xəbər verir
İmişli rayonunda ictimai yerdə xuliqanlıq edən bir qrup şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, başlanmış cinayət işi çərçivəsində saxlanılan şəxslər vəkillərlə təmin olunub, istintaqın obyektiv aparılması üçün qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər həyata keçirilir.
Bu gün səhərdən İmişliyə əlavə polis güvvələri yeridilib. Şəhərdə vəziyyət sabitdir.
Xatırladaq ki, dünən polis maşınının 2 uşağın ölümü ilə nəticələnən törətdiyi yol qəzasından sonra, İmişlidə kütləvi etiraz zəminində ixtişaşlar baş verib, polis maşınına zərər yetirilib və "istefa" şüarı səslənib.