XƏBƏRLƏR / Hadisə

Bakıda hoteldə yanğın baş verib, 25 nəfər təxliyə edilib

FHN xəbər verir

Bakıda hoteldə yanğın baş verib, 25 nəfər təxliyə edilib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Bu gün səhər radələrində Bakı şəhərinin Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yerləşən "Mont Inn Hotel"də yanğın baş verib.

    Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

    Əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanğının ümumi sahəsi 5250 kv.m. olan altımərtəbəli otelin 3-cü mərtəbəsində yerləşən otaqlardan birində baş verdiyi müəyyən olunub.

    Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənərək otel binasına yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

    Yanğın nəticəsində binanın üçüncü mərtəbəsində bir otağın yanar konstruksiyaları 42 kv.m. sahədə yanıb. Hadisə zamanı FHN qüvvələri tərəfindən oteldə olan 25 nəfər təhlükəsizlik tədbirləri çərçivəsində təxliyə edilib.