XƏBƏRLƏR / Hadisə

Ağdərədə betonqarışdıran maşın dərəyə aşıb

Sürücü ölüb

Ağdərədə betonqarışdıran maşın dərəyə aşıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ağdərədə betonqarışdıran maşın dərəyə aşıb, sürücü ölüb.

    Hadisə rayonun Çıldıran kəndi ərazisində baş verib.

    Bərdə rayonunun Yenidaşkənd kənd sakini, 1968-ci il təvəllüdlü Hafiz Qocamanovun idarə etdiyi "HOWO" markalı betonqarışdıran avtomobil idarəetmədən çıxaraq dərəyə yuvarlanıb. Nəticədə sürücü ölüb.

    Faktla bağlı araşdırma aparılır.