İstanbulda fabrikdə yanğın söndürülüb YENİLƏNİB
Bu barədə "TRT Haber" məlumat yayıb

12:47
Türkiyənin İstanbul şəhərinin Esenyurt rayonunda yerləşən beş mərtəbəli tekstil fabrikindəki yanğın bir saat ərzində söndürülüb.
Yanğın zamanı xəsarət alan olmayıb.
***
11:07
Türkiyənin İstanbul şəhərinin Esenyurt rayonunda yerləşən beşmərtəbəli tekstil fabrikində yanğın başlayıb.
"TRT Haber"ə görə, hadisə yerinə çox saylı yanğınsöndürmə briqadaları cəlb olunub.
Hələlik insan tələfatı və ya xəsarət alanların olub-olmadığı barədə rəsmi açıqlama verilməyib.