Göygöl rayonunun bir sıra kəndləri ayı hücumuna məruz qalıb.
Göygöl rayonu Toğanalı kəndində ayı insanların yaşadığı evlərin həyətinə daxil olub, lakin insanlara xəsarət yetirməyib və qaçıb.
Qeyd edək ki, bir neçə ay öncə Göygöl rayonun digər kəndlərində də ayı sakinlərin təsərrüfatına hücum edib. Sakinlər ac ayının onlara xəsarət yetirəcəyindən ehtiyat edirlər.