XƏBƏRLƏR / Hadisə

"Azərsilah"ın poliqonunda yanğın olub

Bu barədə Müdafiə Sənayesi Nazirliyindən bildirilib

"Azərsilah"ın poliqonunda yanğın olub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Dünən axşam saatlarında Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan "Azərsilah" Müdafiə Sənayesi Holdinqi" QSC-yə məxsus poliqonlardan birində keçirilən sınaqlar zamanı yanğın hadisəsi baş verib.

    Bu barədə Müdafiə Sənayesi Nazirliyindən bildirilib.

    Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə xidməti tərəfindən yanğın qısa zamanda söndürülüb.

    Hadisə nəticəsində xəsarət alan olmayıb.

    Baş vermiş hadisənin səbəbləri və digər təfərrüatlar araşdırılır.