XƏBƏRLƏR / Hadisə

Bilgəhdə dənizdə batan iki nəfərin meyiti tapılıb

FHN xəbər verir

Bilgəhdə dənizdə batan iki nəfərin meyiti tapılıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Sentyabrın 19-da Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batan iki nəfərin meyiti tapılıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, 2008-ci il təvəllüdlü Əlipaşa Natiq oğlu Əlizadənin və Elmin Elman oğlu Əmrəliyevin meyitləri FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda tapılıb və çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.