XƏBƏRLƏR / Hadisə

Braziliyada təyyarə qəzası nəticəsində 5 nəfər həlak olub

Bu barədə yerli portallar məlumat yayıb

Braziliyada təyyarə qəzası nəticəsində 5 nəfər həlak olub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Braziliyanın mərkəzi Mato Qrosso ştatında kiçik ikimühərrikli təyyarənin qəzaya uğraması nəticəsində iş adamı Arni Spirinq də daxil olmaqla 5 nəfər həlak olub.

    Bu barədə yerli portallar ştatın hərbi polisinə istinadən məlumat yayıb.

    Məlumata görə, iki mühərrikli “King Air” təyyarəsi Apiakas bələdiyyəsinin kənd ərazisinə düşüb.

    Təyyarə qəzasında ölənlər 70 yaşlı Spirinq, onun iki nəvəsi, biznesmenin həmkarı və pilot olub.

    Mato Qrossonun Mülki Polisinin məlumatına görə, təyyarə havada partlayıb, daha sonra fermanın yaxınlığında yerə çırpılıb. Hadisənin səbəbləri araşdırılır.

    Qeyd edək ki, keçən həftə də Braziliyada təyyarə qəzasında 62 nəfər həlak olmuşdu.