Türkiyədə ağır yol qəzası: çoxlu sayda ölən və yaralanan var
Bu barərədə “Milliyet” qəzeti məlumat yayıb

Türkiyənin Van şəhərində ölümlə nəticələnən ağır yol qəzası baş verib.
“Milliyet” qəzetinin məlumatına görə, sərnişin mikroavtobusu ilə yük maşınının toqquşması nəticəsində 7 nəfər ölüb, 12 nəfər yaralanıb.
Qəzanın baş verdiyi əraziyə təcili tibbi yardım maşınlarının göndərildiyi qeyd edilir.
Faktla bağlı araşdırma aparılır.