
Tehranda yaşayış binasında partlayış baş verib.
Bu barədə İran mənbələri məlumat yayıb.
Məlumata görə, üçmərtəbəli yaşayış binasında qaz sızması nəticəsində yanğınla müşahidə olunan partlayış baş verib. Partlayış zamanı yaxınlıqdakı binalara və bir neçə maşına ziyan dəyib.
İndiyə olan məlumata görə, hadisə nəticəsində 10 nəfər yaralanıb.
Axtarış-xilasetmə əməliyyatı davam etdirilir.