Türkiyədə sərnişin avtobusu dərəyə aşıb, 4 ölü, 15 yaralı
Türkiyə mətbuatı xəbər verir
Türkiyə mediasının məlumatına görə, Türkiyənin Malatya əyalətinin Doğanşehir rayonunda sərnişin avtobusu aşaraq dərəyə düşüb.
Məlumat alındıqdan sonra əraziyə polis, tibb işçiləri və yanğınsöndürmə briqadaları göndərilib.
İlkin məlumatlara görə, qəza nəticəsində 4 nəfər ölüb, 15 nəfər yaralanıb.
1 dəqiqədən az