XƏBƏRLƏR / Hadisə

Türkiyə sahillərində Qara dənizdə naməlum dron tapılıb

Yerli valinin açıqlamasına görə, ictimaiyyətin narahatlığına səbəb ola biləcək heç bir mənfi amil müəyyən edilməyib

Türkiyə sahillərində Qara dənizdə naməlum dron tapılıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyənin Düzce əyaləti sahillərində Qara dənizdə naməlum dron aşkar edilib.

    Dənizə düşən cihazın pilotsuz uçuş aparatı (PUA) olduğu müəyyən edilib. SAS (Sualtı Müdafiə Bölməsi) əməkdaşları lazımi təhlükəsizlik tədbirlərini görüb və obyekt təyin olunmuş təhlükəsiz zonada mühafizə olunub.

    Lazımi araşdırmalar və qiymətləndirmələr aparılıb və ictimaiyyətin narahatlığına səbəb ola biləcək heç bir mənfi amil müəyyən edilməyib", - Düzce Valiliyinin açıqlamasında bildirilib.