Xırdalanda qumbara partlayıb, 19 yaşlı qız ölüb
Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumatda bildirilib
Sentyabrın 14-də 2007-ci il təvəllüdlü Xədicə Mustafayeva Abşeron rayonunun Xırdalan şəhərində yerləşən fərdi yaşayış evində əl qumbarasının partlaması nəticəsində aldığı xəsarətlərdən ölüb.
Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumatda bildirilib.
Qeyd olunub ki, həmin faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
1 dəqiqədən az