Kişinyovda Ukraynadan Gürcüstana göndərilən bomba tapılıb
Partlayıcı qurğu Kişinyov Beynəlxalq Hava Limanında zərərsizləşdirilib
Kişinyov hava limanında Ukraynadan Gürcüstana göndərilən bağlamalardan birində əldəqayırma partlayıcı qurğu aşkar edilib.
“Kişinyov Beynəlxalq Hava Limanında poçt göndərişləri emal edilərkən, içərisində partlayıcı komponentlər olduğu ehtimal edilən oyuncaq avtomobil formasına bənzəyən obyekt aşkar edilib”, – Moldova Sərhəd Polisi bildirir.
Hadisə yerinə çağırılan texniki və məhkəmə ekspertizası mərkəzinin mütəxəssisləri partlayıcı qurğunu zərərsizləşdiriblər.