XƏBƏRLƏR / Hadisə

Pakistanda helikopter qəzaya düşüb, 5 nəfər ölüb

"Reuters" xəbər verir

Pakistanda helikopter qəzaya düşüb, 5 nəfər ölüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Pakistanda daşqından əziyyət çəkən bölgəyə xilasetmə işləri aparmaq üçün ezam olunan heyət helikopter qəzasına düşüb.

    Reuters" xəbər verir ki, qəza nəticəsində helikopterdə olan 5 nəfərin hamısı həyatını itirib.

    Hadisə ölkənin Hayber-Paxtunxva vilayətində baş verib.

    Qəzaya əlverişsiz hava şəraiti səbəb olub.