ABŞ-ın Kaliforniya ştatında dəhşətli meşə yanğınları FOTO
Ştatın rəhbərliyi fövqəladə vəziyyət elan edib
Kaliforniyanın icra orqanları Los-Ancelesdə şəhərin qərbində bəzi əraziləri bürümüş meşə yanğınları səbəbindən fövqəladə vəziyyət elan edib.
Təxminən 27 min insan təxliyə edilməlidir. Səlahiyyətlilər və yanğınsöndürmə xidmətinin məlumatına görə, güclü külək səbəbindən vəziyyət daha da pisləşir.
NBC telekanalı ABŞ-ın vitse-prezidenti Kamala Harrisin iqamətgahının Los-Ancelesi bürüyən meşə yanğınları səbəbindən evakuasiya zonasında olduğunu bildirib.