Cəlilabadda çaqqal kənd sakinlərinə hücum edib
Hadisə nəticəsində kənd sakinlərindən bir neçəsi yaralanıb

Cəlilabad rayonunda vəhşi heyvan kənd sakinlərinə hücum edib.
Hadisə rayonun Şatırlı kəndində qeydə alınıb.
Belə ki, çaqqal qəfil bir neçə kənd sakininə hücum edib. Hadisə nəticəsində üç nəfər kənd sakini yaralanıb.
Onlar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralılara lazımi tibbi yardım göstərilib. Hazırda onların müalicəsi xəstəxanada davam etdirilir.