XƏBƏRLƏR / Hadisə

Bilgəhdə iki nəfər dənizdə batıb YENİLƏNİB

Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib

Bilgəhdə iki nəfər dənizdə batıb YENİLƏNİB
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • 11:59

    Bilgəhdə dənizdə batan şəxslərin kimliyi məlum olub.

    Bilgəh qəsəbəsinin dəniz çimərliyində Qusar rayon sakini 2008-ci il təvəllüdlü Elmin Elmar oğlu Əmirəliyev və Bərdə rayon sakini 2008-ci il təvəllüdlü Əlipaşa Natiq oğlu Əlizadə suda boğulub.

    Onların meyitlərinin sudan çıxarılması istiqamətində tədbirlər davam etdirilir.

    ***


    19 sentyabr 2026-cı il

    17:40

    Bilgəhdə iki nəfər dənizdə batıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində 2 nəfərin dənizdə nəzarətsiz ərazidə batması barədə ilkin məlumat daxil olub.

    Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.

    Hazırda vətəndaşların batdıqları ehtimal olunan istiqamətlərdə axtarış-xilasetmə tədbirləri həyata keçirilir.