XƏBƏRLƏR / Hadisə

Parisdə bir neçə binada qaz partlayışı baş verib

Ölən və yaralananlar barədə hələ məlumat verilmir

Parisdə bir neçə binada qaz partlayışı baş verib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Fransanın paytaxtı Parisin 5-ci rayonunda qaz avadanlığı partlayıb. İlkin məlumata görə, partlayışa qaz sızması səbəb olub. Qazın partladığı bina tamamilə uçub.

    "Le Figaro" xəbər verir ki, Parisdəki partlayışda 16 nəfər yaralanıb, onlardan 9-nun vəziyyəti ağırdır.

    Partlayışla bağlı məlumatı Fransanın daxili işlər naziri Cerald Darmanin də təsdiqləyib.